Türkiyədə 7,4 bal gücündə zəlzələ olub, 3 hündürmərtəbəli bina dağılıb –76 nəfər ölüb, ciddi dağıntılar var

Türkiyənin Qəhrəmanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə NTV məlumat yayıb. Ərazidə afterşoklar davam edir.

Qəhrəmanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.

Afterşoklar 2 saata qədər davam edib. Şanlıurfa əyalətində dağıntılar var.

Ərəbdilli media yeraltı təkanların İraq və Livanda da hiss edildiyini xəbər verir.

Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.

Bunu bu şəhərin meri Zeydan Karalar “Habertürk” telekanalının efirində deyib.

“3 yaşayış binası, o cümlədən 17 və 14 mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hələ də onlara yaxınlaşa bilməyib. Hələlik itki yoxdur”, – deyə o bildirib.

Türkiyədə baş verən zəlzələ nəticəsində 76 nəfər həyatını itirib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Əvvəlki məqalə

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun oğlu vəfat edib

Sonrakı məqalə

Türkiyənin Malatya şəhərində zələzə 130 binanı dağıdıb