Türkiyədə Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.
Bu barədə “Haberturk TV” kanalı məlumat yayıb.
Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı 2 nəfərin hücumuna məruz qalıb.
O, boynundan və qarnından bıçaqlanmışdı.