Türkiyədə Aslan İsmayılovun kitabının təqdimat mərasimi olub-FOTOLAR

Türkiyədə tanınmış hüquqşünas, fəlsəfə doktoru Aslan İsmayılovun “Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı” kitabının təqdimatı keçirilib.

Azpost.info bildirir ki, bu barədə A.İsmayılov bildirib.

Təqdimat mərasimi Ankaranın Cümhuriyyət Kitabxanasında baş tutub. Tədbirdə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası qrupun rəhbəri Şamil Ayrım, millət vəkilləri, tanınmış tarixçi professorlar, Ankarada yerləşən bir çox səfirliklərin nümayəndələri iştirak edib.

Mərasim Türkiyənin “Nestor” kitab evinin təşkilatçılığı ilə keçirilib.

Türk və ingilis dillərində çap olunmuş “Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı” kitabına ön sözü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, professor Seyit Sertçelik yazıb.

A.İsmayılov kitabda Sumqayıt hadisələri ilə bağlı Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında iştirak etmiş prokuror kimi bu faciə ilə bağlı şahidi olduğu faktları qələmə alıb.

Seyit Sertçelik kitaba yazdığı ön sözdə qeyd edib ki, Aslan İsmayılov təkcə Sumqayıtda 1988-ci ildə baş verənlərin arxasında qalmış erməni, sovet –rus məkrli planlarını aşkara çıxarmayıb, həmçinin günbəgün çökən SSRİ imperiyasının düşdüyü çarəsizliyini və çürüklüyünü əhatəli şəkildə ortaya qoyub.

“Sumqayıt-Sovet İttifaqının suqutunun başlanması” kitabı o dövrün gizli qalmış məsələlərinə işıq salan tarixi-sənədli kitab kimi əhəmiyyətlidir.

Kitab “Nestor yayınları” mətbəəsində çap olunub.

Aslan İsmayılov 1986-1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989-1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993-1994-cü illərdə isə Prezident Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

1996-cı ildə Viza hüquq firmasının, 2006-cı ildə “Aslan İsmayılov və Partnyorları” vəkil bürosunu təsisçisidir.

 

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir