Türkiyədə azərbaycanlı diplomat 70 kq qızılla saxlanılıb –RƏSMİ AÇIQLAMA /YENİLƏNİB

İstanbulda “Sarıyer” ticarət mərkəzinin yaxınlığında azərbaycanlı diplomat saxlanılıb.

Azpost.info türk mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan diplomatdan 70 kq qızıl götürülüb.

Məlumata görə, saxlanılan azərbaycanlı diplomat Qərb ölkələrindəki diplomatik səfirliklərinin birinin əməkdaşıdır.

Hazırda Xarici İşlər Nazirliyinin əməkdaşı həbsdədir.

 

**

İstanbul prokurorluğu həbsdə olan azərbaycanlı diplomatla bağlı rəsmi məlumat yayıb.

“Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində özünü diplomatik korpusun əməkdaşı kimi təqdim edən Azərbaycan vətəndaşı saxlanılıb.

Saxlanılan şəxsdən 70 kq qızıl götürülüb. Dindirilmə zamanı Azərbaycan vətəndaşı götürdüyü qızılların ona məxsus olduğunu bildirib. İstintaq davam edir”-deyə rəsmi açıqlamada bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.