Türkiyənin Antalya şəhərində iki qrup arasında çıxan münaqişə zamanı iki dəfə bıçaqlanan Muay Tay Federasiyasının prezidenti Araz Musayev əməliyyat olunacaq.
APA-nın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı qaçmağa çalışan 2 Azərbaycan vətəndaşı Antalya hava limanında saxlanılıb.
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində bıçaqlanıb.
Araz Musayev boyun nahiyəsindən bıçaq zərbəsi alıb.
Hazırda, o, dövlət xəstəxanasına yerləşdirilib, vəziyyətinin qənaətbəxs olduğu bildirilir.