Türkiyədə bu gün koronavirusdan 49 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 49 nəfər həyatını itirib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 227 273 nəfər test edilib, onların 5504-nün koronavirus testi pozitiv nəticə verib, 5506 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 58 594 137 peyvənd tətbiq edildiyi qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həbsdə olan sabiq baş prokuror Eldar Həsənov əməliyyat olunub

Sonrakı məqalə

ABŞ səfiri Şuşaya nə üçün getməkdən imtina edib? –