Türkiyədə COVID-19-dan 110 nəfər vəfat edib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 110 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7 901 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr  8 217, ağır xəstələr isə 1 423  nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2  516 889 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 404 416 nəfər sağalıb, 26 577 nəfər isə ölüb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vay, zəlzələ oldu!” –

Sonrakı məqalə

Bu gündən fevralın 8-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək