Türkiyədə güclü zəlzələ baş verdi –4.8 bal gücündə

Türkiyənin Çankırı bölgəsində Rixter cədvəli üzrə 4.7 və 4.8 bal güclərində iki zəlzələ baş verib.

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb. Agentliyin İnternet sayında göstərilir ki, sentyabrın 14-də Türkiyə vaxtı ilə saat 9.00-da və 9.03-də ardıcıl baş verən yeraltı təkanların episentri Çerkeş rayonunda qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir