Türkiyədə keçirilən hərbi təlimlərdə pilotlarımız döyüş tapşırıqlarını icra edib

Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, təlimin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin yer və hava hədəflərinin məhv edilməsi üzrə növbəti döyüş tapşırıqlarını icra edib.

Tapşırığa əsasən hərbi pilotlarımız hava növbətçiliyini təşkil edib, hava sərhədini pozmağa cəhd göstərən şərti düşmənin aşkar olunaraq məhv edilməsini icra edib, eləcə də qarşı tərəfin canlı qüvvəsi və zirehli texnikasına zərbələr endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyənin Quru Qoşunları Azərbaycanda sülhə böyük töhfələr verir” –

Sonrakı məqalə

Türkiyənin nazir müavini və səfiri azad edilmiş Ağdama gedib