Türkiyədə keçirilən seçkilərin nəticələrinə dair ilkin məlumatlar açıqlanıb

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair ilkin məlumatlar açıqlanıb.

İndiyədək ölkə üzrə sandıqların 23,52 faizi açılıb. İlkin hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 39,44 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 38,09 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 57,07 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 49,74 faizlə ilk sıradadır.

Əvvəlki məqalə

“TikTok”da müharibə və şəhidlər bardə saxta məlumat yayan şəxslər müəyyən edilib –

Sonrakı məqalə

Nərimanovda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb