Nərimanovda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb

Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-dən verilən məlumata görə, binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

Əvvəlki məqalə

Türkiyədə keçirilən seçkilərin nəticələrinə dair ilkin məlumatlar açıqlanıb

Sonrakı məqalə

Sumqayıtda dəniz qırağında meyiti tapılan azyaşlı ilə bağlı təfərrüatlar