Türkiyədə koronavirusa yoluxanların sayı 150 mini keçib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 31 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 25 141 şübhəli koronavirus testindən keçib, onlardan 1158-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4171 nəfər ölüb, 150 593 nəfər bu infeksiyaya yoluxub, 111 577 nəfəri isə müalicə olunub. Bu gün daha 1615 xəstə evə buraxılıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TƏBİB koronavirusla bağlı ölkədə son vəziyyəti açıqlayıb

Sonrakı məqalə

Çin koronavirusun yayılma mənşəyini araşdırmağın əleyhinə çıxıb: