Türkiyədə koronavirusdan ölənlərin sayı 21-ə çatıb

Türkiyədə yeni növ koronavirus infeksiyası daha 12 nəfərin ölümünə səbəb olub, bununla da ölənlərin sayı 21 nəfərə çatıb.

“Anadolu”xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, son 24 saatda 2953 şəxs koronavirus testindən keçib, onlardan 277-nin cavabı müsbət çıxıb. Onun sözlərinə görə, gün ərzində 277 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 947-yə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədən gətirilən 248 azərbaycanlı Lənkəran və Masallıda karantinə yerləşdirilib –

Sonrakı məqalə

Heydər Əliyev 24 il əvvəl TQRT-yə DTK-dakı işi ilə bağlı nələri açıqlayıb? –