Türkiyədə Liviyanın Baş Qərargah rəisi və daha 8 nəfər olduğu təyyarə qəzaya uğrayıb-YENİLƏNİR

Liviyanın Baş Qərargah rəisinin olduğu “Falcon-50” tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb.

Bu barədə NTV məlumat yayıb.

Hadisə ilə əlaqədar Esenboğa Hava Limanında uçuşlar dayandırılıb.

Ankarada qəzaya uğrayan “Dassault Falcon 50” tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.

Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.

 

***

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, Ankaradakı Esenboğa Hava Limanından qalxan və Liviyanın paytaxtı Tripoliyə gedən Falcon 50 biznes təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib. Nəticədə, Ankaranın hava məkanı uçuşlar üçün bağlanıb. Yerli sakinlər təyyarənin havaya qalxmasından qısa müddət sonra zəif partlayış səsi eşitdiklərini bildiriblər.

“Haymana ərazisində olan təyyarə təcili eniş barədə xəbərdarlıq edib; lakin təyyarə ilə əlaqəni bərpa etmək üçün edilən sonrakı cəhdlər uğursuz olub. Təyyarədə Liviyanın Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd Əl-Həddad da daxil olmaqla beş sərnişin olub”, – deyə Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

 

***

Liviya Baş Qərargah rəisini daşıyan Falcon 50-nin qalıqları tapılıb. İlkin məlumatlara görə, sağ qalan yoxdur. Biznes təyyarəsinin qəzaya uğramasına göyərtədəki elektrik nasazlığı səbəb ola bilər.

 

***

Liviyanın Milli Razılıq Hökuməti (Tripoli) Türkiyədə baş verən təyyarə qəzasında ordu qərargah rəisinin, quru qoşunları komandanının, hərbi istehsalat rəisinin və qərargah rəisinin müşavirinin həlak olduğunu təsdiqləyib.

Bu barədə rəsmi açıqlama yayılıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.