Türkiyədə meşə yanğını ilə əlaqədar 5 kəndin sakinləri köçürülüb

Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonunda meşə yanğını baş verib.

Küləyin təsirindən alov sürətlə geniş əraziyə yayılıb. Hadisə yerinə Meşə Regional Müdirliyinin qrupları əraziyə göndərilib.

Məlumata əsasən, yanğının söndürülməsinə 12 təyyarə və 12 helikopterlə havadan, 94 su maşını, 3 buldozer, 6 yanğınsöndürən maşın və ümumilikdə 560 canlı qüvvə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Çanaqqala valisi Ömər Toraman “X” sosial şəbəkəsində yazıb ki, Gelibolunun Karainebeyli, Eceabat rayonunun Yolağzı, Büyükanafartalar, Küçükanafartalar kəndlərindən sonra Eceabatın Kumköy kəndinin sakinləri də ehtiyat tədbiri olaraq təhlükəsiz yerlərə köçürülüb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.