Türkiyədə qəzaya uğrayan təyyarədə 1 Azərbaycan vətəndaşı olub

Türkuyədə İstanbul Sabiha Gökçen Hava limanındakı sərt eniş edərək 3 hissəyə parçalanan “Boeing 737-800” tipi sərnişin təyyarəsində sərnişinlər arasında bir Azərbaycan vətəndaşı da olub.

Bu barədə NTV televiziyası məlumat yayıb.

Bildirlib ki, təyyarədəki 177 sərnişinlərin ən çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.

Qeyd edək ki, bu gün İzmir-İstanbul reysini həyata keçirən “Pegasus” Hava Yollarına məxsus sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağından çıxaraq yolun kənarına yuvarlanıb.

Üç hissələrə bölünən təyyarədə 171 sərnişin, 6 ekipaj üzvü olub, 21 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xuan Quaydo Trampla görüşəcək

Sonrakı məqalə

Ayaz Mütəllibovun 1991-ci ildə AXC ilə birgə yaratdığı Milli Şura –