Türkiyənin 12 qəsəbə və kəndində karantin elan olunub

Türkiyənin 12 qəsəbə və kəndində karantin rejimi tətbiq edilib.

Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu “NTV” televiziyasına müsahibəsində bildirib.

Nazir deyib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində indiyə qədər Türkiyədə 211 670 iş yeri bağlanıb.

Süleyman Soylu bildirib ki, həftənin şənbə və bazar günləri meşəliklər, dəniz kənarı yerləri də daxil bütün gəzinti və istirahət yerlərinə gəzinti qadağan olunacaq və bu məhdudiyyət bütün günlərə şamil oluna bilər.

Nazir koronavirusdan qorunmaq üçün dünən gecədən etibarən Türkiyədəki qaçqınlar 9 vilayətdəki gerigöndərmə mərkəzlərinə müvəqqəti yerləşdiriliblər: “Xəstəlik riskinin daha da yayılmaması üçün 5800 miqrantı müvəqqəti olaraq Ədirnədəki Pazarkülledən uzaqlaşdırdıq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Maşınların rayonlararası hərəkəti dayandırıldı, metro 5 saat işləyəcək, bulvara giriş bağlandı-

Sonrakı məqalə

İspaniya La Liqası sentyabrda başlaya bilər