Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, ilk olaraq Yaşar Güləri Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Qəbulda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.
Yaşar Gülər görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan dövlət başçısına çatdırıb.