“Türkiyənin Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər” –Ərdoğan hansı böyük müqaviləni nəzərdə tutur? (ŞƏRH)

Azərbaycan və Türkiyə arasında böyük miqyaslı müqavilə Şuşada imzalanacaq.
Geniş miqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var və böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər.
Ərdoğanın imzalanacaq müqaviləni “Türkiyə və Azərbaycan arasında ən böyük saziş” adlandırması və Şuşadan öncə Füzuliyə gəlməsi bu kontekstdə diqqət çəkir.
Füzulidə hava limanının inşa edilir, il ərzində uçuş-eniş zolağı istifadəyə veriləcək. Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradıla biləcəyini və bunun Zəngəzur dəhlizinə yaxın bölgədə – Zəngilanda ola biləcəyini yazmışdıq. Mümkündür ki, bölgə olaraq Füzuli seçilsin.
Birincisi, Füzuli hava limanının inşası daha tez başa çatdırılacaq;
İkincisi, Türkiyənin Füzulidə hərbi mövcudluğu Zəngəzur dəhlizinə coğrafi yaxınlıqla yanaşı, İrandan gələcək biləcək təhlükələrə qarşı da qalxan rolunu oynaya bilər;
Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun rəsmiləşməsinin hərbi baza olaraq yox, başqa formada ola biləcəyi də istisna deyil. Əsas məsələ bu mövcudluğun rəsmiləşməsidir.
Ərdoğanın Şuşadan öncə Füzuliyə gəlişi Füzuli hava limanının Türkiyə ordusunun istifadəsinə verilə biləcəyi ehtimalı da önə çıxarır.
Asif Nərimanlı
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Su içməyin insan orqanizminə hansı faydaları var? –

Sonrakı məqalə

Ermənistan Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub –