Türkiyədə arxeoloqlar qorxunc mesaj daşıyan qədim artefakt aşkar ediblər. AzPost xəbər verir ki, Mirror nəşrinin məlumatına görə, artefakt üzərində həkk olunmuş yazıda ölüm hədəsi əks olunub və bu, hər kəs üçün ciddi xəbərdarlıq xarakteri daşıyır.
Məlumata görə, artefakt Ankara şəhərindən təxminən 100 kilometr məsafədə, Qızılırmak çayının yaxınlığındakı Büklükale qalıqlarında tapılıb. “Anadolu Arxeologiyası” təşkilatının məlumatına görə, lövhə Xett imperiyasına təhlükə yaradan böyük bir işğal barədə məlumat verir və imperiyanın düşmənlərinə xəbərdarlıq məqsədi daşıyıb.
Artefakt üzərindəki qorxunc yazıda belə deyilir: “Bunu pozan öləcək”. Ekspertlər hesab edirlər ki, bu sərt xəbərdarlıq Xett imperiyası tərəfindən hədiyyə olaraq təqdim edilmiş lövhəyə əlavə edilmiş müqavilənin pozulmaması üçün verilib.
Mirror qeyd edir ki, 2023-cü ildə aparılan qazıntılar zamanı toplanan keramika fraqmentlərinin təhlili Büklükalenin Hett imperiyası dövründə mövcud olmuş məskən olduğunu təsdiqləyib.