Türkiyə Ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib

Türkiyə Milli Müdafiə Nazirliyi son günlər ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, ordunun təhlükəsizlik səbəbi ilə İran ərazisinə daxil olmağı planlaşdırdığına dair yayılan xəbərlərə münasibət bildirib.

Nazirlik bu iddiaların əsassız olduğunu açıqlayıb.

Türkiyənin regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyi vurğulanıb.

“Türkiyə bölgədəki bütün münaqişələrin sülh yolu ilə həll edilməsini dəstəkləyir və davamlı sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Eyni zamanda, yarana biləcək risklərə qarşı dövlətimizin aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə zəruri tədbirlər görülür. Bəzi mətbuat orqanlarında və sosial media platformalarında yer alan “ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, Türkiyənin də təhlükəsizlik səbəbi ilə İran ərazisinə daxil olmağı planlaşdırdığı” barədə iddialar həqiqəti əks etdirmir”, – açıqlamada qeyd olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.