Türkiyə MN Azərbaycanın Zəfər və Dövlət Bayrağı günlərini təbrik edib

“İki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir olduğumuz Azərbaycanın 8 Noyabr – Zəfər Gününü və 9 Noyabr – Dövlət Bayrağı Gününü təbrik edirik.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinq zamanı bildirib.

O qeyd edib ki, Türk Silahlı Qüvvələri dost və müttəfiq ölkələrdə beynəlxalq əməliyyatlar, missiyalar və təlim-məsləhətçilik fəaliyyəti ilə beynəlxalq təhlükəsizliyə, sülhə və sabitliyə töhfə verməyə davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.