Türkiyə MSK seçkilərin mayın 14-də keçirilməsini təsdiqləyib

Türkiyənin Ali Seçki Şurası ölkədə ümumi seçkilərin mayın 14-nə təyin edilməsi ilə bağlı Prezidentin qərarını təsdiqləyib.

Bu barədə xəbər hökumət qəzeti “Resmi Gazete”də dərc olunub.

Ehtiyac yaranarsa prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçirilməsini nəzərdə tutan fərman imzalayıb.

Eyni zamanda Türkiyə lideri bildirib ki, fərman martın 11-də hökumət qəzetində dərc olunduğu andan səsverməyə hazırlıq prosesi başlayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.