Türkiyə polisinin saxladığı məşhurlar sərbəst buraxılıb

Türkiyədə narkotik vasitələrdən istifadəyə təşviq etmək ittihamı ilə dindirilmək üçün saxlanılan türk məşhurlar lazımi analizlər üçün Ədliyyə Tibb İnstitutuna gətirilib.

APA xəbər verir ki, Dilan Polat, Engin Polat, Hadisə və İrem Derici də daxil olmaqla 19 məşhur narkoloji testlərdən keçirildikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, İstanbul Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində bu gün səhər saatlarında narkotik və ya stimullaşdırıcı vasitələrdən istifadə etməkdə təqsirləndirilən ictimai xadimlərə qarşı əməliyyat keçirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.