Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski və BMT Baş katibi Antonio Quterreşlə görüşmək üçün Lvova birgünlük işgüzar səfərə gəlib.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə prezidenti təyyarə ilə Polşanın Rzeşov şəhərinə, oradan da quru nəqliyyatı ilə Lvova yollanıb. Hazırda onun Lvova çatdığı bildirilir.
Rəcəb Tayyib Ərdoğan əvvəlcə Vladimir Zelenski ilə təkbətək formatda danışıqlar aparacaq. Bundan sonra Ukrayna və Türkiyə prezidentlərinin BMT Baş katibi Antonio Quterreşlə üçtərəfli görüşü olacaq.
Görüşdən sonra birgə mətbuat konfransı təşkil olunacaq.
Səfərdə Türkiyə prezidentini xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat İdarəsinin rəisi (MİT) Hakan Fidan, Prezident Administrasiyasının məsul işçisi Fahrettin Altun, prezidentin Mətbuat katibi İbrahim Kalın, Prezident Administrasiyası Müdafiə Sənayesi Şöbəsinin müdiri İsmayıl Dəmir, AKP sözçüsü Ömər Çelik və “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar müşayiət edir.
Azpost.info