Türkiyə və Ermənistan rəsmiləri TRIPP layihəsini müzakirə edib

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan İstanbulda Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ilə görüşüb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, tərəflər birbaşa təmasların vacibliyini vurğulayıb, dialoqu davam etdirməyə hazır olduqlarını söyləyiblər.

Söhbət zamanı Qars-Gümrü dəmir yolunun bərpası imkanları və TRIPP layihəsinin hər iki ölkə üçün açacağı yeni iqtisadi, logistik və ticarət imkanları da müzakirə olunub.

Eyni zamanda, enerji bazarının şaxələndirilməsi imkanları, yeni marşrutların inkişafı, qarşılıqlı iqtisadi maraqların genişləndirilməsi məsələlərinə dair müzakirə aparılıb.

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri, xüsusilə kənd təsərrüfatı sığortası, heyvan xəstəliklərinə qarşı birgə mübarizə məsələləri də müzakirə edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.