Türkiyə Statistika Qurumu (TÜİK) oktyabr ayı əmək bazarı statistikalarını açıqlayıb.
Marja xəbər verir ki, ölkədə işsizlik səviyyəsi oktyabrda 0,1 faiz bəndi azalaraq 8,5% olub. İşsizlik kişilər arasında 7%, qadınlar arasında isə 11,3% təşkil edib.
Oktyabr ayında işsizlərin sayı əvvəlki aya nisbətən 27 min nəfər azalaraq 3 milyon 33 min nəfər olub.
Oktyabr ayında işləyənlərin sayı əvvəlki aya nisbətən 185 min nəfər artaraq 32 milyon 772 min nəfərə çatıb, məşğulluq səviyyəsi isə 0,2 faiz bəndi artaraq 49,2% olub. Bu göstərici kişilər arasında 66,5%, qadınlar arasında isə 32,4% təşkil edib.
Gənc əhali arasında işsizlik 15,6%-dir
15-24 yaş qrupu üzrə gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki aya nisbətən 0,6 faiz bəndi artaraq 15,6% olub. Bu yaş qrupunda işsizlik nisbəti kişilər arasında 12,9%, qadınlar arasında isə 20,6% təşkil edib.