Türkiyədə koronavirusdan daha 25 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 25 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35600 şübhəli koronavirus testindən keçib, onlardan 839-nun  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4540 nəfər ölüb, 163942 nəfər bu infeksiyaya yoluxub, 127973 nəfəri isə müalicə olunub.

Bu gün 989 xəstə evə buraxılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir