Türkiyədə liman ərazisində güclü partlayış olub- FOTO

Türkiyənin Derince limanı ərazisində güclü partlayış baş verib.

Azpost.info xəbər verir ki, liman ölkənin qərb hissəsində, Mərmərə dənizinin sahilində yerləşir.

Hadisə yerinə təcili yardım və xilasetmə xidmətləri yollanıb.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib, lakin limandan çəkilmiş görüntülərə əsasən, partlayış iri depoların yaxınlığında baş verib.

NTV-nin canlı yayımına telefonla bağlanan Derince bələdiyyə sədri Zeki Akgül partlayışla bağlı açıqlama verib və yaralıların olduğunu deyib: “Yaralıların vəziyyəti ağır deyil, yüngül xəsarətlər var. Depoda buğda kimi məhsullar var. Ərazi limana yaxındır, lakin onun limanla əlaqəsi yoxdur”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.