network cables connected to switch
Türkiyədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi artıq Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olub.
Bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Özləm Zəngin bildirib.
O deyib ki, məqsəd sosial şəbəkələrin bağlanması deyil: “Sosial şəbəkələrin həyatımızdakı yerinin fərqindəyik. Sosial şəbəkələrdə təhqirə, söyüşə, böhtana son verməyi qarşıya məqsəd qoymuşuq”.
Ö. Zengin qeyd edib ki, qanun layihəsi gələn həftə parlamentin müzakirəsinə çıxarılacaq. (APA)
