Türkiyə hökuməti yerli hotellər və turizm agentliklərinə koronavirus pandemiyası səbəbindən turizm mövsümünün başlanmasını mart ayından aprelin ortalarına və ya sonlarına təxirə salmağı təklif edib.
“APA-Economics”in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turoperatorlara turistləri aprelin 15-dən sonra qarşılamağı tövsiyə edib. Öz növbəsində, Türkiyə Ticarət Nazirliyi ölkədəki beynəlxalq sərgilərin tarixlərini aprelin sonunadək təxirə salmaq niyyətindədir.