Türkiyədə zəlzələdə ölənlərin sayı 3381-ə yüksəldi- 4 minə yaxın yaralı, 20 mindən çox dağılmış bina var

Son məlumatlara görə, Türkiyədə baş verən zəlzələ nəticəsində 3381 nəfər ölüb.

Azpost.info xəbər verir ki, 20426 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AFAD-ın Zəlzələ Riskinin Azaldılması Baş direktoru Orxan Tatar təbii fəlakətin nəticələri ilə bağlı son durumu açıqlayıb: “İndiyədək həyatını itirənlərin sayı 3 min 381, yaralananların sayı 20 min 426, dağılan binalarla bağlı sayı 5 min 775-dir. Bölgədə əlverişsiz hava şəraiti davam edir.

Bölgəyə 10 gəmi yerləşdirilib. Vətəndaşlarımız İskəndərun limanından xəstəxanalara köçürülür. Bilirik ki, rabitə ilə bağlı bəzi elektrik kəsintiləri olur, buna müdaxilə edilir. Qidalanma ilə bağlı 85 xidməti avtomobilimiz var. Xidmətlər şəhər və rayon mərkəzlərində həyata keçirilir. Psixososial dəstək xidməti də nazirliyimiz tərəfindən göstərilməyə başlayıb”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.