Türkiyənin xüsusi nümayəndəsi Ermənistana gələcək

Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüş yaxın günlərdə Ermənistanda baş tutacaq.

AzPost bildirir ki, bu barədə Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan jurnalistlərə bildirib.

“Vaxtı gələndə əlavə məlumat veriləcək. Gündəliyə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi daxil olacaq. Biz indiyə qədər atılan addımları, hələ də prosesdə olan addımları müzakirə edəcəyik. Bu illər ərzində bir neçə mövzu müzakirə olunub. Bizim son görüşümüzdən sonra Qars-Gürmi dəmir yolunun bərpası üçün lazımi texniki parametrləri müzakirə etmək üçün görüş keçirilib”.

Rubinyan qeyd edib ki, əsas mövzu münasibətlərin tənzimlənməsidir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.