Türklər ABŞ, Rusiya və Ermənistanı düşmən hesab edir –Rəy sorğusunun nəticələri

Türkiyə əhalisinin 94,5 faizi ABŞ-ı ölkənin ən böyük düşməni hesab edir.

Azpost.info trend-ə istinadən bildirir ki, bu “Araştırma Değerlendirme Analiz” mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.

Rəyi soruşulanların 2,9 faizi ABŞ-ı dost olaraq görür.

Bundan başqa, respondentlərin 95,4 faizi Ermənistanı Türkiyənin ikinci ən böyük düşməni hesab edir. 0,2 faiz respondent Ermənistanı dost olaraq qəbul edir.

Eyni zamanda, sorğuda iştirak edənlərin 83 faizi Azərbaycanı Türkiyənin ən yaxın dostu və etibarlı tərəfdaşı hesab edir. Digər 17 faiz isə cavab verməyib.

Respondentlərin 71 faizi Rusiyanı düşmən, 16,3 faizi isə dost olaraq görüb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir