“Tvitter” bir sıra işçilərin səhvən ixtisara salındığını bildirib –Geri çağrılıblar

 “Twitter“ şirkəti  ixtisara saldığı bəzi işçilərinin yenidən işə qayıtmasını istəyib.

Bu barədə “Bloomberg“ öz mənbələrinə istinadən məlumat yayıb. Onların sözlərinə görə, şirkət bəzilərinin səhvən işdən çıxarıldığını bildirib.

Qeyd olunub ki, şirkət rəhbərliyi ixtisardan sonra işçilərin əhəmiyyətini anlayıb və geriçağırılma ilə əlaqədar müraciət ünvanlayıb. Agentlik qeyd edir ki, “Twitter“ bütün bunlar haqqında sorğuya cavab verməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.