“Twitter“ milyarder İlon Maskı məhkəməyə verib

“Twitter“ milyarder İlon Maskı məhkəməyə verib.

Bu barədə “The New York Times“ məlumat yayıb.

Nəşrin məlumatına görə, şirkət Maskı sosial şəbəkəni almaq üçün sövdələşməni tamamlamağa məcbur etmək niyyətindədir.

Bildirilir ki, iddia Delaver məhkəməsinə verilib.

Xatırladaq ki, İlon Mask “Twitter“ sosial şəbəkəsini 44 milyard dollara almalı idi.

Daha sonra SpaceX və Tesla şirkətlərinin yaradıcısı sosial şəbəkədə saxta hesabların sayı ilə bağlı “Twitter”i almaqdan imtina edib.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.