“Təcavüzə cavab vermək hər bir dövlətin ayrılmaz hüququdur”- İran PREZİDENTİ

“Təcavüzə cavab vermək hər bir dövlətin ayrılmaz hüququdur”.

Azpost.info xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Böyük Britaniya Baş naziri Key Starmerlə telefon danışığında deyib.

Key Starmer HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq Tehranı İsrailə zərbə endirməkdən çəkinməyə çağırıb.

Müharibənin dünyanın heç bir yerində heç bir ölkənin maraqlarına xidmət etmədiyini bildirən Pezeşkian isə təcavüzkarın cəzalandırılmasını dövlətlərin qanuni haqqı və cinayətlərin, aqressiv siyasətin qarşısının alınması yolu adlandırıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.