Tərtərdə çoban güllələnərək öldürülüb

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyitin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı Tərtər rayonunun Söylən kənd sakini 1984-cü il təvəllüdlü Qaryağdı Allahverdiyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.