Üç agentlik əlavə dəyər vergisinin ödənilməsindən azad edildi –FƏRMAN

“Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu siyahıya daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib –

Sonrakı məqalə

General Kərim Vəliyevin başçılığı ilə nümayəndə heyəti Moskvaya yola düşüb