Üç Avropa ölkəsi – Fransa, İspaniya və Yunanıstan sosial media istifadəçilərinə yaş məhdudiyyəti tətbiq etmək üçün qanun qəbul etməyi planlaşdırır. AzPost bildirir ki, bu barədə Bloomberg müvafiq sənədə istinadən yazır.
Agentliyin məlumatına görə, üç ölkənin rəqəmsal nazirləri iyunun 6-da Aİ həmkarları ilə gözlənilən görüş ərəfəsində mövqelərini əlaqələndirirlər. Hazırlanan qaydalar internet cihazları istehsalçılarından yaş yoxlama sistemlərinin tətbiqini tələb edə bilər.
Fransa, İspaniya və Yunanıstanın texnoloji nəhənglərə güclü yaş yoxlama mexanizmləri hazırlamaq üçün təzyiq göstərmək üçün iqtisadi alətlərdən istifadə etməyi planlaşdırdığı bildirilir.