Zaqatalada itkin düşən hindistanlının qalıqları tapıldı

Kondaveti Maniqanta
Kondaveti Maniqanta

Üç il əvvəl Zaqatalada itkin düşən hindistanlının qalıqları tapıldı

AzPost bildirir ki, fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin may ayında Zaqatalada itkin düşən 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatalada Car kəndi yaxınlığında “Şamilovka” meşə massivində aşkar edilib.

APA-nın məlumatına görə, meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qardaşı Kondaveeti tapana 10 milyon rupi (hazırkı məzənnə ilə təxminən 195 min manat) bəxşiş vəd etmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.