Üç “sağlam” məhsul, əslində isə ziyan verir- Az adam bunu bilir

Bəzi qidalar illərdir “sağlam” və “yüngül” kimi təqdim olunur, amma əslində onlar orqanizm üçün ciddi risklər yarada bilər.

AzPost xəbər verir ki, ispaniyalı həkim David Sespedes bildirir ki, yüksək emal olunmuş, əlavələr və şəkər tərkibi çox olan qidalar bədəndə iltihabi prosesləri sürətləndirir, ürək-damar və böyrək sağlamlığına mənfi təsir göstərir.

1. Marqarin
İllərlə kərə yağına alternativ kimi reklam edilən sənaye marqarini, xüsusilə transyağ tərkibli olanları, əslində sağlamlığa zərər verir. Transyağlar “pis” xolesterinin səviyyəsini artırır, iltihabı gücləndirir və ürək-damar xəstəlikləri riskini yüksəldir.

2. Doldurulmuş yoqurtlar
Aromatlaşdırılmış yoqurtlar həkim tərəfindən “maskalı desert” adlandırılır. Onlarda əlavə şəkər, süni ətirlər və qalınlaşdırıcı maddələr çox olur. Nəticədə qan şəkəri yüksəlir, bağırsaq mikroflorası pozulur və xroniki iltihab davam edir.

3. Hind quşu ətindən hazırlanmış kolbasa məhsulları
Diyetlərdə və sendviçlərdə populyar olan bu məhsullar əslində ultra emal olunmuşdur. Onlarda ət az, amma nişasta, şəkər, duz və konservantlar çoxdur. Bu qidalar yüksək təzyiq, böyrək yükü və maddələr mübadiləsinin pozulması ilə bağlıdır.

Ekspert vurğulayır ki, uzunmüddətli sağlamlıq üçün qida seçimi yalnız trend və ya kilo məqsədi ilə deyil, onun tərkibi və təsiri nəzərə alınaraq edilməlidir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.