Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq

Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə öhdəlik götürüblər. Eyni zamanda “Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Madonna 2019-cu ildə “Avroviziya”da koronavirusun mesajını necə verib? –

Sonrakı məqalə

Səhiyyə işçilərinə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ veriləcək