Uçan avtomobillərin buraxılış tarixi və qiyməti AÇIQLANDI

Uçan avtomobil
Uçan avtomobil

Quruda avtomobil kimi havada da təyyarə kimi fəaliyyət göstərən avtomobillərin qiyməti və buraxılış tarixi açıqlanıb.

Slovakiyada yerləşən Klein Vision şirkəti xəyalları reallığa çevirəcək texnoloji inqilaba hazırlaşır. Şirkət 2026-cı ilin birinci rübündə dünyanın ilk seriyalı uçan avtomobili olan “AirCar”ı satışa çıxaracağını rəsmən elan edib.

Dörd təkəri və iki qatlanan qanadı ilə “AirCar” həm quruda, həm də göydə səyahət edə bilir. Avtomobil havaya qalxmağa cəmi 2 dəqiqə qalmış qanadlarını açır və təyinat yerinə çatdıqda qanadlarını qatlayaraq avtomobilə çevrilir.

“AirCar”ın başlanğıc qiyməti 800.000 dollar olacaq. Lakin mühərrik gücü və avadanlıqdan asılı olaraq qiymət 1 milyon dollara qədər qalxa bilər.

Bu günə qədər “AirCar” 500-dən çox uçuş və enişi uğurla yerinə yetirib və 170 saatdan çox sınaq uçuşu həyata keçirib. Bu nailiyyətlərdən sonra şirkət həm də “Uçuşa yararlılıq sertifikatı” alıb.

Qeyd edək ki, Böyük Britaniya hökuməti uçan taksilər üçün 20 milyon funt sterlinqlik maliyyə yardımına başlayıb. İlk pilotlu uçan taksilərin 2026-cı ilə qədər Britaniya səmasında görünməsi gözlənilir./Milli.Az

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.