Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“”Uçan göyərçinlər” barelyefini satan nazirdən nə gözləyəsən?” –

User 03 Mart 2023 - 09:55 (Last updated: 21 May 2025 - 20:15)
etibar eliyev
“Elnur Əliyevdən əvvəl nazir postunu tutanlar ilk baxışdan mədəni insanlara oxşayırdılar. Onlar Azərbaycan mədəniyyətinə barbar davranışı nümayiş etdirdilər. Səttar Bəhlulzadə adına Rəsm Qalareyisının qarşısında polyak heykəltaraşının yaratdığı “Uçan göyərçinlər” barelyefini satan nazirdən nə gözləyəsən? Mədəniyyət naziri Tarixi binaları laqondanın ağzına verən fəhlə səviyyəsində mədəniyyəti bilib”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev Mədəniyyət nazirliyindəki son kadr dəyişikliklərini şərh edərkən bildirib.
“Mədəniyyət nazirliyində islahatlar aparılır. Mədəniyyətdə islahatlar vacibdir. İslahatların istiqamətlərindən biri insan kapitalını inkişaf etdirməkdir. Ölkədə kinonun, kitabxananın, teatrın, muzeylərin vəziyyətini bilirik. Həqiqətən vəziyyət çox acınacaqlıdır”- deyə deputat vurğulayıb.
Deputat deyib ki, “mədəniyyət” və “sivilizasiya” məfhumları bir-biri ilə sıx bağlıdır, çox vaxt bir-birindən fərqləndirilmir və eyniyyət təşkil edirlər. Hər bir xalqın mədəniyyətində oxşar əlamət və cizgilər vardır: milli özünəməxsusluq və orijinallıq, təkrarolunmazlıq, unikallıq, dəyişkənlik və yenilik, özündənrazılıq, tənqidi və yaradıcılıq başlanğıcları, özlüyündə dəyərlilik, yüksək ideallara can atmaq və s. Bunlar bizim mədəniyyətimiz üçün də spesifikdir.
“Bunları gələcəkdə qoruyub saxlamaq və nəfəs vermək üçün Mədəniyyət Nazirliyində geniş islahatlara ehtiyac var. Beləliklə, “sivil nazir” obrazı dağıldı. Tanıdığımız bir neçə qurumda yüksək təhsil görmüş, adları heç bir neqativ işlərdə hallanmayan gənclər irəli çəkilib. Mədəniyyət nazirliyində isə həbs olunanlar gənclərdir”-deyə deputat bildirib.

Post navigation

Previous: “Hacı Şahinin ölümü qəfil və sirli olmayıb” –
Next: Bakı, Sumqayıt və Abşeronda pensiyalar martın 7-də ödəniləcək

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.