Ucarda avtomobil kanala aşıb, üç nəfər ölüb –FOTO - YENİLƏNİB

Ucarda ağır yol qəzasında xəsarət alanların və ölənlərdən birinin şəxsiyyəti məlum olub.

Xəsarət alanlar – Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Qaraxan Mənsur oğlu Qüdrətov və Oruc Mahir oğlu Tağızadədir. Qəzada düynasını dəyişənlərdən biri “Mercedes” markalı avtomaşının sürücüsü, Gəncə şəhər sakini Tural İlham oğlu Həmzəyevdir.

Qəzada ölən digər 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə Ucar rayonunun Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

**

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xarici dillər üzrə doktoranturaya qəbul imtahanlarının nəticələri elan olunub

Sonrakı məqalə

Baş Prokurorluq özünü 20-ci mərtəbədən atan qızla bağlı açıqlama yaydı –