Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində baş verib.
Rəşad Lətifovun İdarə etdiyi “Mercedes” və Cəlal Cəfərovun idarə etdiyi “Toyota Carolla” markalı minik avtomobilləri Sərvan Ağayevin yol kənarında saxladığı “Mercedes” markalı minik maşınına çırpılıb.
Ucarda baş verən yol qəzasında 10 nəfər xəsarət alıb.
Onlardan səkkiz nəfərin şəxsiyyəti məlumdur.
Bunlar – “Mercedes”in sürücüsü Rəşad Lətifov, onun sərnişini Bənurə adlı xanım, “Toyuta”nın sürücüsü Cəlal Cəfərov, sərnişinləri – 1968-ci il təvəllüdlü Mehparə Xudayeva, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva, Qazaxıstan vətəndaşları – 2000-ci il təvəllüdlü Rutkay Ceylan, anası 1975-ci il təvəllüdlü Marqarita Ceylan və atası Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Riza Ceylandır.
Hələlik 2 nəfərin şəxsiyyəti dəqiqləşməyib. (APA)