Ucarda dəhşətli yol qəzası –-5 nəfər öldü, 2 yaralı var (YENİLƏNİB) FOTO

Ucarda baş vermiş ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

Avtoqəza nəticəsində 3 nəfər – Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. E.İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon xəstəxanasına aparılıb.

Qeyd edək ki, şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində dünyasını dəyişib.

**

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Avtoqəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə zamanı “Mercedes Vito” markalı mikroavtobusla “KamAZ” markalı yük maşını toqquşub.(APA)

Yol qəzasının təfərrüatları araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Biz Əfqanıstana ölkə qurmağa getməmişdik” –

Sonrakı məqalə

BMW, Audi, Porsche və Daimler 1 milyard dollar cərimə olunub –