“Üçtərəfli bəyanatların bəzi müddəalarının icrası gecikir” –Ceyhun Bayramov

“Qazaxıstanlı həmkarıma postmünaqişə dövrü ilə bağlı məlumat verdik”.

Bunu bu gün Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Qarabağla bağlı üçtərəfli bəyanatların bəzi müddəaları həyata keçirilir, bəzi müddəaların icrası gecikir: “Qazaxıstanlı həmkarıma 100 minlərlə məcburi köçkünün torpaqlarına qayıtmasının vacibliyi barədə məlumat verdim. Bu istiqamətdə potensial əməkdaşlıq barədə də müzakirə apardıq”.

Xarici işlər naziri Muxtar Tleuberdini mina təhlükəsi haqda da məlumatlandırdığını vurğulayıb: “10 noyabr 2020-ci il üçtərəfli bəyanatı imzalanandan sonrakı dövrdə 28 nəfər minaya düşərək həyatını itirib, 120-dən artıq insan yaralanıb. Ermənistanın mina xəritələrini təqdim etməməsi vəziyyəti daha da gərginləşdirir. Ermənistan bir müddət əvvəl beynəlxalq vasitəçilərin iştirakı ilə Ağdam üzrə mina xəritələrini təqdim edib. Təkcə bir rayonda minaların sayı 97 mindir. Bu, mina təhlükəsinin hansı səviyyədə olduğunu göstərir”.

C. Bayramov xatırladıb ki, 11 yanvar 2021-ci ildə yeni üçtərəfli bəyanat imzalanıb: “Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bu bəyanat kommunikasiya əlaqələrinin, iqtisadi münasibətlərin bərpası ilə bağlıdır. Bu razılaşmanın həyata keçməməsinə həm də Ermənistandakı dərin siyasi böhran təsir edib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Laçın rayonunun Qalaça kəndi –

Sonrakı məqalə

Türkün məsəli İran seçkiləri: