“Üçüncü dünya müharibəsinin başlanması istisna deyil”- ZELENSKİ

Ukrayna prezidenti Vladimir Zelenski üçün Qərb silahlarından Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməyəcəyini deyib.

Azpost.info xəbər verir ki, onun sözləri CNN-də yayımlanıb.

“Mən dəfələrlə demişəm ki, Rusiya torpağı bizi maraqlandırmır”, – Ukrayna lideri bildirib.

O, həmçinin qeyd edib ki, hazırda Rusiya rəhbərliyi ilə danışıqlar aparmağı mümkün hesab etmir: “Rusiya prezidenti ilə danışmaq üçün heç bir şərait görmürəm. Sözünü tutmur və bu səbəbdən Kiyev ona etimad etmir”.

Ukrayna prezidenti münaqişənin üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola biləcəyini istisna etməyib. Eyni zamanda vurğulayıb ki, diplomatik həll yalnız Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılması halında mümkündür.

Azpost.info

Əvvəlki məqalə

“Britaniya Azərbaycanın əsas tərəfdaşı olacaq”

Sonrakı məqalə

Qlobal Bakı Forumu başlayıb –